"Kapital Bank"ın xalis mənfəəti 69% artıb | Banco.az

"Kapital Bank"ın xalis mənfəəti 69% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Kapital Bank"ın xalis mənfəəti 2025-ci ildə 315 milyon 13 min manat təşkil edib. Bankın xalis mənfəəti illik müqayisədə 128 milyon 512 min manat və ya  68,9% artıb.

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu ilin 1 yanvar 2026-cı il tarixinə "Kapital Bank"ın aktivləri 11 milyard 320 milyon 937 min manata bərabər olub.

Yanvar ayının əvvəlinə "Kapital Bank"ın kredit portfeli 5 milyard 419 milyon 985 min manat, depozit portfeli isə 8 milyard 288 milyon 654 min manat olub.

Bankın kredit portfeli 2024-cü ilin eyni dövrü ilə müqayisədə 208 milyon 778 min manat (4%) artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram