"Kapital Bank"ın kredit və depozit portfeli artıb | Banco.az

"Kapital Bank"ın kredit və depozit portfeli artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Kapital Bank"ın xalis mənfəəti 2025-ci ilin 30 sentyabr tarixinə 229 milyon 129 min manat təşkil edib.  Bankın xalis mənfəəti illik müqayisədə 63 milyon 56 min manat və ya 38% artıb.

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu ilin 1 oktyabr tarixinə "Kapital Bank"ın aktivləri illik müqayisədə 1 milyard 787 milyon 60 min manat və ya 17,4% artaraq 12 milyard 64 milyon 364 min manata çatıb.

Oktyabr ayının əvvəlinə "Kapital Bank"ın kredit portfeli 5 milyard 432 milyon 51 min manat, depozit portfeli isə 8 milyard 670 milyon 921 min manat olub.

Bunlar da 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 317 milyon 145 min manat (6,2%) və 733 milyon 223 min manat (9,2%) çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram