“Kapital Bank” ASC 2016-cı ilin 3-cü rüb maliyyə göstəricilərini açıqlayıb!
Bank rəsmi web saytında cari ilin 3-cü rübünə aid əsas maliyyə hesabatlarını yerləşdirən bank maliyyə fəaliyyətinin nəticələrini bəlli edib.
Banco.az bankın açlıqladığı məlumatlara əsasən xəbər verir ki, 2016-cı ilin 30 sentyabr tarixinə lbankın cəmi aktivləri 2 mlrd. 807 mln. 376 min manat olub.
30 İyun 2016-cı il tarixinə “Kapital Bank” ASC-nin cəmi aktivləri 2 mlrd. 286 mln. 862 min manat təşkil edirdi.
Bankın aktivləri keçən rüb ilə müqayisədə aktivlərin həcmində 22,7%, yəni 520 mln. 514 min manat artıb.
Qeyd edək ki, 31 Mart 2016-cı il tarixində Bankın cəmi aktivləri 2 milyard 335 milyon 701 min manat, ötən ilin sonunda Bankın aktivləri 2 milyard 17 milyon manat, idi.
Bankın kredit portfeli artıb.
Bu ilin ilk doqquz ayı ərzində bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 1 mlrd. 205 mln. 99 min manat olub.
Birinci yarımilin sonuna isə Bankın müştərilərə verdiyi kreditlər 1 mlrd. 180 mln. 736,13 min manat təşkil edirdi.
Ötən ilin sonu ilə müqayisədə kredit portfeli 9,15%, bu ilin birinci rübünün sonu ilə müqayisədə isə 1,9% artıb.
2016-cı il 3-cü rübün sonuna bankın deposit portfeli 1mlrd. 675 mln. 974 min manat olub.
Bankın kapitalı 10 mln. manata yaxın artıb.
Sözügedən dövrdə bankın cəmi kapitalı 269 mln. 474 min manat təşkil edib.
Bank ikinci rübün sonunda 259 mln. 689 min manat cəmi kapitala malik idi.
Kapital Bank gəlir, xərc və mənfəətin əks olunduğu Maliyyə nəticələri hesabatını açıqlamayıb.
Bank haqqında
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Bank hazırda 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir.