Kapital Bankın 3-cü rübdə xalis mənfəəti 57,6 mln manat olub | Banco.az

Kapital Bankın 3-cü rübdə xalis mənfəəti 57,6 mln manat olub

Bunu Kapital Bankın İdarə heyətinin sədri Rövşən Allahverdiyib müsahibə zamanı etiraf edib. O həmçinin qeyd edib ki, 2016-ci il Kapital Bank üçün olduqca maraqlı keçib. 

İlk növbədə qeyd edim ki, 2016-cı il olduqca maraqlı il oldu. Bildiyiniz kimi 2015-ci ilin əvvəlində və sonunda devalvasiya baş verdi. Və növbəti 2016-cı il üçün bank sektorunun proqnozları ürəkaçan deyildi. Amma biz əvvəlki ildə olduğu kimi ötən ili də uğurla və mənfəətlə yekunlaşdırdıq. Səhmdarlar tərəfindən qarşımıza qoyulan hədəfləri artıqlaması ilə vura bildik.

Kapital Bank 3 milyona qədər fiziki, 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Böyük müştəri bazası, daim yenilənən məhsul portfeli, ölkə üzrə ən böyük filial şəbəkəsi, filialların və biznes prosesləri transformasiyası ilin sonunda uğurlu rəqəmləri əldə etməyə zəmin yaradır. Biznesin inkişafı, yüksək potensiala malik komandanın mövcudluğu biznesin uğurlu olmasını təmin edir. 2017-ci ilin 3-cü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57,6 mln. manat, nizamnamə kapitalı 185 mln. manat, məcmu kapitalı isə 266,3 mln. manat təşkil edib. Əminəm ki, 2017-ci ili də yüksək nəticələrlə başa vuracağıq.