Kapital Bankdan yeni iş təklifi! | Banco.az

Kapital Bankdan yeni iş təklifi!

Kapital Bank namizədləri Biznes Proseslər üzrə Analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Biznes proseslərin təhlili - proseslərin xəritəsinin hazırlanması, çatışmazlıqların təhlili, təhlil nəticəsində tələblərin müəyyənləşdirilməsi;
• Biznes proseslərin müəyyən edilməsi və tətbiqi; 
• Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə məsləhətlərin verilməsi.

Tələblər:

• Ali İqtisadi və ya riyazi təhsil; 
• Bankda ən azı 3 illik iş təcrübəsi;
• Müştəri xidmətləri, kredit və deposit məhsulları üzrə biliklər;
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Problemlərin həll etmə bacarığı;
• MS Office proqramları, xüsusilə MS Visio proqramı üzrə güclü biliklər;
• Mükəmməl Azərbaycan dili, ingilis və rus dillərin orta bilikləri;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Komandada işləmə bacarığı;
• Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

Ən sərfəli kredit üçün müraciət et

Müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected]  ünvanına göndərin.

Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik!

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et