“Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni üzv təyinatı baş verib.
“Report” xəbər verir ki, Bankın baş maliyyə inzibatçısı Emin Allahverdi oğlu Məmmədov həm də İdarə Heyətinin üzvü vəzifəsini icra edəcək.
Həmçinin, “Kapital Bank”ın İT innovasiya və inkişaf Departamentinin rəhbəri Dmitri Ənvər oğlu Baxışev də artıq Bankda çalışmır.