Kapital Bank namizədləri aşağıdakı regional filiallara Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə işə dəvət edir:
Ağsu, Beyləqan, Qusar, Neftçala, Samux, Gədəbəy, Goranboy, Oğuz
Öhdəliklər:
· Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
· Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
· Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
· Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
· Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;
Tələblər:
· Ali iqtisadi və ya riyazi təhsil;
· Analitik düşüncə;
· MS Office (Word, Excel) proqramları üzrə biliklər;
· Mükəmməl Azərbaycan dili;
· Əla ünsiyyət bacarıqları;
· Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti.
CV-lərinizi region və "Kredit şöbəsi" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!