29 aprel 2016-cı il tarixində, Fairmont Baku otelində Kapital Bank-ın yeni BirKart məhsulunun təqdimat mərasimi keçirilib."Səndən 1 dənədir!" sloqanı ilə təqdim edilən BirKart, müştərilərin istəyindən asılı olaraq kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını özündə birləşdirir.
BirKart maaş və ya pensiyanın Kapital Bank-dan alan müştərilərə veriləcək. Kredit rəsmiləşdirməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. Visa Classic, Visa Gold və Visa Platinum əsasında olan BirKart 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər.
BirKart-a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır. Bundan başqa kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar. BirKart-dan məbləğin həmçinin bankomatlardan nağd çıxarılması da mümkündür.
BirKart-dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər. Nağdsız ödənişlər etdikdə isə, BirKart-ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya Facebook səhifəsinə www.facebook.com/birkart müraciət edə bilərsiniz.