“Kapital Bank” qiymətli kağızlara sərmayəsini 2 dəfə artırıb | Banco.az

“Kapital Bank” qiymətli kağızlara sərmayəsini 2 dəfə artırıb

2019-cu ilin 1-ci yarısında “Kapital Bank” ASC-nin qiymətli kağızlara sərmayəsi 2 dəfə və ya 372 milyon 930 min manat artıb.

Ötən ilin sonunda Bankın qiymətli kağızlara cəmi investisiyaları 325 milyon 394 min manat təşkil etmişdi. 30 İyun 2019-cu il tarixində bu investisiyalar 698 milyon 324 min manata çatıb (2 dəfə artıb).

Ötən ilin İyun ayının sonunda “Kapital Bank”ın qiymətli kağızlara investisiyaları 408 milyon 673 min manat təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Banklar əsasən dövlət istiqrazlarını və Mərkəzi Bankın notlarını alırlar.

Xəbər verdiymiz kimi,  “Kapital Bank” 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Ətraflı: Kapital Bank 2019-cu ilin II rübünün nəticələrini elan edib!

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et