2019-cu ilin 9 ayı ərzində “Kapital Bank” ASC-nin müştərilərə verdiyi kreditlər 220 milyon 623 min manat artıb.
30 Sentyabr 2019-cu il tarixində müştərilərə verilən kreditlər 1 milyard 721 milyon 511 min manat təşkil edib. Ötən ilin sonunda bu məbləğ 1 milyard 500 milyon 888 min manat idi. Beləliklə, cari ilin 9 ayı ərzində müştərilərə verilən kreditlər 220 milyon 623 min manat artıb.
HƏMÇİNİN OXU: Aktivləri 4 milyard manatı aşıb, 100 milyona yaxın mənfəət əldə edib
2019-cu ilin 3-cü rübündə (iyul-sentyabr) “Kapital Bank” ASC-nin müştərilərə verdiyi kreditlər 72 milyon 236 min manat artıb.
Cari ilin 9 ayı ərzində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər (xalis kreditlər) 155 milyon 688 min manat artaraq 1 milyard 447 milyon 72 min manata çatıb.
Cari ilin 9 ayı ərzində “Kapital Bank” kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatı 64 milyon 935 min manat artırıb və 30 Sentyabr 2019-cu il tarixində 274 milyon 439 min manat təşkil edib.
Min manatla |
31 Dekabr 2018 |
30 İyun 2019 |
30 Sentyabr 2019 |
Müştərilərə verilən kreditlər |
1500888 |
1649275 |
1721511 |
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat |
209504 |
242902 |
274439 |
Xalis kreditlər |
1291384 |
1406373 |
1447072 |
Marja