Kapital Bank namizədləri Marketinq kommunikasiyaları üzrə aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Bankın həyata keçirdiyi reklam aktivlikləri ilə bağlı təyin olunmuş kommunikasiya planı üzrə podratçılara tapşırıqların verilməsi, icrasına nəzarət və nəticələrin təhlili;
- İnzibati idarəetmə departamenti ilə birgə podratçıların seçilməsində və bu sahədə bazarın araşdırılmasında fəal iştirak;
- Həyata keçirilən kampaniyalarla bağlı hesabatların hazırlanması;
- Filiallarda marketinq kommunikasiyalarının düzgün həyata keçirilməsinə nəzarət və FŞİD-lə fəal əməkdaşlıq;
- Bank daxili prosedurların marketinq kommunikasiyalara dair olan hissəsinin düzgün həyata keçirilməsinə nəzarət.
Tələblər:
- Ali humanitar / İqtisadi təhsil;
- Reklam sahəsində ən azı 3 il təcrübə;
- Təşkilatçılıq, operativlik;
- Azərbaycan və rus dillərin sərbəst biliyi, ingilis dilinin bilikləri arzuolunandır;
- MS Office proqramları üzrə dərin biliklər;
- Reklam bazarı haqda məlumatlılıq;
- Ünsiyyətcillik;
- Təşəbbüskarlıq və kreativlik;
- Analitik təfəkkürə malik olma;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Müasir texnologiyalara bələdlik;
- Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.
Şirkət təklif edir:
- Peşəkar və dinamik komandada maraqlı iş;
- Peşəkar inkişaf;
- Əmək haqqının ləyaqətli səviyyəsi;
- Peşəkar və mehriban kollektiv.
Müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs