Kapital Bank-ın mənfəəti 2 dəfə artmışdır | Banco.az

Kapital Bank-ın mənfəəti 2 dəfə artmışdır

140 illik tarixə malik Kapital Bank-ın 2014-cü ilin II rübündə aktivləri 1,26 mlrd manat təşkil etmişdir ki, bu da 2013-cü ilin dekabrı ilə müqayisədə 20.1% çox olmuşdur. Aktivlərin həcminə görə Kapital Bank 2-ci, kreditlərin həcminə görə isə 3-cü yerdə qərarlaşmışdır. Belə ki, aktivlərin 62.7%-i (794 939.68 mln manat) müştərilərə verilmiş xalis kreditlər təşkil edir. Eyni zamanda kreditlərin də həcmində artım müşahidə olunmuşdur. Belə ki, ötən ilin yekunu ilə müqayisədə 15.4% lik artım baş vermişdir. 

Bankın 2014-cü il II rüb üzrə öhdəlikləri 1.02 mlrd manata bərabərdir ki, onun da 494 mln manatı (48.3%) müştərilərdən cəlb olunmuş depozitlərdir. Öhdəliklərin artımı əsasən depozitlər hesabına baş vermişdir. Belə ki, 2013-cü ilin sonunda öhdəliklərin həcmi 876 mln, depozitlərin həcmi isə 424 mln manat olmuşdur. Bu isə, son göstəricilərlə müqayisədə uyğun olaraq 16.7 və16.2% azdır. Depozit artımının əsas səbəblərindən biri bank tərəfindən uduşlu depozit kampaniyasının həyata keçirilməsi olmuşdur. Bununla da, 2014-cü ilin II rübü üzrə Kapital Bank Azərbaycanda ən böyük depozit portfelində 4-cü bank olmuşdur. 

İllər Aktivlər (min AZN) Artım tempi, % Kreditlər (min AZN) Artım tempi, % Depozitlər (min AZN) Artım tempi, %
2010 770 574 - 477 660 - 313 749 -
2011 1 322 223 71.6% 912 008 90.9% 498 560 58.9%
2012 1 103 870 -16.5% 660 172 -27.6% 574 902 15.3%
2013 1 054 161 -4.5% 688 808  4.3% 423 825 -26.3%
2014 (II rüb) 1 267 298  20.2% 794 940 15.4% 494 300 16.6%

Bankın 2014-cü ilin II rübü ərzində faiz gəlirləri – 51.5 mln, faiz xərcləri isə 14.1 mln, uyğun olaraq xalis faiz gəlirlər 37,4 mln manat olmuşdur.  Bank tərəfindən zərərlərin ödənilməsi üçün ehtiyat kimi 58.8 mln manat vəsait ayrılmışdır. Bankın cari ilin son rübü üzrə vergilərdən əvvəlki xalis mənfəəti 32 mln manat olmuşdur ki, bu ötən ilin analoji rübü ilə müqayisədə 2 dəfə çoxdur. Bankın nizamnamə kapitalı 150 mln manatdır

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et