"Kapital Bank" ilə güclü başladı - HESABAT | Banco.az

"Kapital Bank" ilə güclü başladı - HESABAT

“Kapital Bank ASC”nin 1 mart 2017-ci il tarixinə maliyyə nəticələri məlum olub. Bank, bu göstəriciləri rəsmi saytında yayımlayıb.

Banco.az bankın rəsmi maliyyə məlumatlarına əsasən xəbər verir ki, 2017-ci ilin əvvəlində bankın aktivləri 3 mlrd. 132 mln. 312 min 600 manat olub.

Bankın aktivləri keçən ilin 4-cü rübü ilə müqayisədə təqribən 1,2% və ya 35 mln. 622 min manat artıb.

Qeyd edək ki, bankın 2015-ci ildə aktivlərinin həcmi 2 mlrd. 17 mln. 366 min manat idi.

Bankın "balans hesabatı"na əsasən sözügedən dövrdə müştərilərə verilən  kreditlər 1 mlrd. 215 mln. 823 min 50  manat təşkil edib. 31 dekabr 2016-cı il göstəricilərində isə bankın kredit portfeli 1 mlrd. 267 mln. 11 min 530  manat təşkil edirdi

Bankın cəmi aktivlərinin 29 mln. 320 min 190 manatını banklara verilən kreditlər, 970 mln. 633 min 280  manatını banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

İlin ilk rübündə bankın depozit portfeli 10%-ə qədər artaraq 2 mlrd. 106 mln. 259 min 470 manat həcmində olub. Bankların və digər maliyyə müəssisələrinin depozitləri isə 446 mln. 859 min 300 manat təşkil edib.

2017-ci il 31 mart tarixinə Kapital Bank ASC-nin kapitalı 30 mln. 715 min 670 manat artaraq 312 mln. 882 min 560 manat həcmində qeydə alınıb.

2015-ci ilin yekunu ilə müqayisədə də bankın kapitalında artım qeydə alınıb ki, bu da 7% təşkil edir.

Bank cari ilin ilk rübünü 38 mln. 383 min 890 manat mənfəətlə başa vurub ki, vergilər çıxıldıqdan sonra qalan xalis mənfəət 30 mln. 792 min 630 manat olub. 

“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.

Ən sərfəli krediti almaq üçün müraciət et