Kapital Bank namizədləri Marketinq Departamentinin Marketinq Kommunikasiyaları Şöbəsinin Dizayneri (Aparıcı mütəxəssisi) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bankın həyata keçirdiyi kampaniyalarla bağlı kreativ konseptlərin hazırlanması;
• Dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyası;
• Bankdaxili bütün komunikasiya vasitələrinin (buklet, broşür, liflet, flayer və s.) dizaynı;
• Kampaniyaların təşkili ilə bağlı yaradıcı ideyaların təklifi.
Tələblər
• Ali təhsil;
• Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
• Indesign, Illustrator, Photoshop, Corel (optinal), 3DMax, Adobe premier (optinal) proqramlarında yüksək işləmə bacarığı;
• Marka strategiyasına uyğun olaraq konseptual dizayn bacarığı;
• Sosial media üçün rəqəmsal dizayn qabiliyyəti;
• Operativ və təzyiq altında işləmə bacarığı;
• Marketinq komunikasiyaları, reklam sahəsində 3-5 illik iş təcrübəsi.
CV-nizi əl işlərinizlə birlikdə mövzu hissəsində “Dizayner” yazmaqla [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Digər vakansiyalarla tanış olmaq üçün buraya daxil olun.