"Kapital Bank" BOKT yaradıb | Banco.az

"Kapital Bank" BOKT yaradıb

Bu ay Azərbaycanda daha 2 bank olmayan kredit təşkilatı (BOKT) yaradılıb.

Məlumata görə, nazirlik mayın 3-də "Birkart" MMC BOKT-u dövlət qeydiyyatına alıb. "Kapital Bank" ASC-yə məxsus kart məhsulu ilə eyni adı daşıyan yeni maliyyə qurumu elə Bankla eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən 66,7% çox - 500 min manat, qanuni təmsilçisi isə Fərid Rəfail oğlu Kərimovdur.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

Mayın 8-də isə "Solis Kapital" MMC BOKT dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ("Caspian Plaza" biznes mərkəzi), nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Nazim Əziz oğlu Kərimovdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et