"Kapital Bank böhranı daha səmərəli dəf edə bilər" | Banco.az

"Kapital Bank böhranı daha səmərəli dəf edə bilər"

“Kapital Bank” ASC kifayət qədər kapital və likvidlik ehtiyatları sayəsində (2020-ci ilin aprel ayının ortalarına olan vəziyyətə görə) ona bənzər Azərbaycan və xarici banklara nisbətən mövcud böhrana daha effektiv müqavimət göstərə biləcək. 

“S&P Global Ratings” beynəlxalq agentliyinin hesabatına əsasən, “Kapital Bank”ın reytinqləri ölkədə fəaliyyət göstərən başqa kommersiya banklarının reytinqlərini bir pillə (“b+”) üstələyir.

“Kapital Bank"ın kapital həcminin və risk mövqeyinin birgə dəyərləndirilməsi oxşar yerli və bəzi əcnəbi maliyə təsisatlarınkından daha yaxşıdır. Bankın problemli kreditləri 2019-cu ilin sonundakı 5 faizə nisbətən 2020-2021-ci illərdə arta bilər, amma yenə də bənzər qurumlarınkından daha yaxşıdır”, – deyə qeyd edən hesabat müəlliflərinin fikrincə, “Kapital Bank” 2020-2021-ci illərdə də ölkənin üçüncü bankı olaraq qalaraq pərakəndə kreditlərin və depozitlərin mühüm hissəsini əlində cəmləşdirəcək: “Əvvəlki kimi pərakəndə müştərilər və dövlət qurumları tərəfindən qoyulan depozitlərə malik olan bank xeyli likvidlik ehtiyatını də əlində saxlayacaq”.

Hesabata görə “Kapital Bank”ın reytinqlərinin artması və ya proqnozunun “sabit”dən “müsbət”ədək artırılması qarşıdakı 12 ay ərzində gözlənilməsə də, uzunmüddətli perspektivdə mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “S&P” “Kapital Bank”ın reytinq proqnozunu “müsbət”dən “sabit”ədək endirib. Bu addım COVID-19 pandemiyası və iqtisadi artımın xeyli yavaşlaması nəticəsində bankın 2020-ci ildə yeni fəaliyyət istiqamətlərinin inkişafı, mənfəət göstəriciləri və aktivlərin keyfiyyət səviyyəsi baxımdan geriləyəcəyi qənaətilə bağlıdır.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et