25 Avqust 2020-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.
BFB-də standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi 28 avqust 2020-ci il tarixində həyata keçiriləcəkdir və emissiya prospektinə əsasən, yerləşdirilmə 7 (yeddi) iş günü ərzində davam edəcəkdir.
№ |
Döv. Qeyd. nömrəsi |
Q/k növü və forması |
Ticarətə buraxılan qiymətli kağızların sayı |
Q/k-ın yerləşdirməyə başlanması tarixi |
Q/k-ın ilkin ticarət qiyməti |
Q/k üzrə illik gəlirlilik dərəcəsi |
1 |
AZ3001005157 |
İmtiyazlı adlı sənədsiz |
1 614 205 (ədəd) |
28.08.2020 |
12.39 manat |
15% |
Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Paşa Kapital İŞ” ASC-dir.