Kapital Bank 2018-ci ilin əvvəlində 22 mln. manat mənfəətdədir | Banco.az

Kapital Bank 2018-ci ilin əvvəlində 22 mln. manat mənfəətdədir

“Kapital Bank ASC”nin 31 mart 2018-ci il tarixinə maliyyə nəticələri məlum olub. Bank, bu göstəriciləri rəsmi saytında yayımlayıb.

Banco.az bankın rəsmi maliyyə məlumatlarına əsasən xəbər verir ki, 2018-ci ilin ilk rübündə bankın aktivləri 3 mlrd. 167 mln. 258 min manat olub. Bu isə 2017-ci ilin birinci rübü ilə müqayisədə 1,1% çoxdur. Belə ki, bankın cəmi aktivlərinin 358 mln. 398 min manatını nağd vəsaitlər, 670 mln. 565 min manatını Mərkəzi Bank və digər bankların müxbir hesablarında olan vəsaitlər, 612 mln. 123 min manatı isə banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər təşkil edib.

Sözügedən tarixə, bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 1 mlrd. 213 mln. 517 min manat olub. Qeyd edək ki, 31 dekabr 2017-ci il göstəricilərində bankın kredit portfeli 1 mlrd. 243 mln. 981 min manat idi. 

Ən sərfəli kredit üçün müraciət et

Kapital Bank-ın cari ilin ilk rübündə cəmi öhdəlikləri 2 mlrd. 915 mln. 480 min manat olub ki, onun da 2 mlrd. 440 mln. 48 min manatını müştərilər tərəfindən bankda yerləşdirilmi. depozitlər təşkil edib. Bu isə depozit portfelinin ötən ilin ilk rübü ilə müqayisədə 15,9% artığını göstərir. 

Kapital Bank-ın 31 mart 2018-ci il tarixinə cəmi kapitalı 251 mln. 778 min manat təşkil edib. 

Bank MƏNFƏƏTDƏDİR

Bank-ın 2018-ci ilin birinci rübündə əməliyyat mənfəəti 50 mln. 178 min manat olub ki, onun da 21 mln. 999 min 670 manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Mənfəətindən 5 mln. 916 min manat mənfəət vergisi ödəyən Kapital Bank, 2018-ci ilin ilk rübünü 22 mln. 263 min manat xalis mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et