Kanadada bu tarixədək əcnəbilərə mənzil satışı qadağan olunub | Banco.az

Kanadada bu tarixədək əcnəbilərə mənzil satışı qadağan olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada hökuməti 2023-cü il yanvarın 1-dən etibarən əcnəbilərə ev satışını 2 il müddətinə qadağan edir.

Banco.az xəbər verir ki, Kanadada qiymət artımı və vətəndaşların ev almaqda çətinlik çəkməsi səbəbindən 2 il ərzində xaricilərə ev satılmayacaq.

Bununla belə, 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək qanunda istisnalar da yer alıb. Belə ki, ölkədə uzun müddət qalacaq bəzi işçilər və tələbələr sözügedən qadağaya məruz qalmayacaqlar.

Qeyd edək ki, Kanadadan olmayan şirkətlərə də bu qadağa şamil olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qadağaları pozaraq ev alan və onlara kömək edənlər 10 min dollara qədər cərimələnə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et