Kanada Ukraynaya 47 milyon dollarlıq hərbi yardım ayırıb | Banco.az

Kanada Ukraynaya 47 milyon dollarlıq hərbi yardım ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Kanada Kiyevə 64,8 milyon Kanada dolları (47 milyon dollar) dəyərində hərbi yardım etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Uilyam Bleyr bildirib.

"Bu gün elan edilən hərbi yardım Ukraynanı müdafiə üçün lazım olan mühüm resurslarla təmin edəcək", - o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Nazirin sözlərinə görə, ayrılan vəsait odlu silah, mərmi və qoruyucu vasitələrin alınmasına, həmçinin ukraynalı döyüşçülərin təliminə sərf olunacaq.

Bildirilib ki, bu vəsaitlər Ukraynaya 500 milyon Kanada dolları (təxminən 362 milyon dollar) yardım paketinin bir hissəsidir.

Qeyd edək ki, ümumilikdə, 2022-ci ilin fevralından Kanada Kiyevə 4,5 milyard Kanada dolları (3,26 milyard dollar) dəyərində hərbi yardım edib.

Ən sərfəli krediti almaq üçün müraciət et