Müəllif: Tamara Mustafayeva, Banco.az
Kanada Mərkəzi Bankı sürpriz faiz artımı edib.
Banco.az xəbər verir ki, Kanada Bankı (mərkəzi bank) fasilə verdiyi faiz artımına geri qayıdıb. Ölkədə uçot dərəcəsi ötən 22 ilin maksimumuna çatıb.
Kanada Bankının (BoC) Qubernatoru Tiff Maklın başçılıq etdiyi siyasətçilər qrupu uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,75 faizə çatdırıblar. Bu, 2001-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.
İqtisadçılar isə faiz artımı olacağını düşünmürdülər.
Qeyd edək ki, faiz artımına səbəb kimi güclü artım və inflyasiyanın yüksəlməsi göstərilib.
Bizi sosial şəbəkələrdən izləyin!!