Kanada Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Kanada Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Kanada Bankı (mərkəzi bank) proqnozlara uyğun olaraq overnayt faiz dərəcəsini dəyişməyərək 4,50 faiz səviyyəsində saxladı.

Mərkəzi Bankın bəyanatında qeyd olunub ki, overnayt faiz dərəcəsi 4,50 faiz, bank faiz dərəcəsi 4,75 faiz, depozit faiz dərəcəsi isə 4,50 faiz səviyyəsində saxlanılıb.

Bankın monetar sərtləşdirmə siyasətini davam etdirdiyi vurğulanan bəyanatda qlobal iqtisadi artımın zəifləməyə davam etdiyi və inflyasiyanın hələ də çox yüksək olmasına baxmayaraq, xüsusilə enerji qiymətlərinin aşağı olması səbəbindən nisbətən səngiməyə başladığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et