Kanada Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb | Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb və gömrük rüsumlarına vurğu edib.

Banco.az xəbər verir ki, Kanada Bankı (BoC) pul siyasəti qərarlarına dair açıqlama yayıb.

Açıqlamada uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 2,75%-ə endirildiyi bildirilib və iqtisadi mənzərənin sürətlə dəyişən siyasət mühiti səbəbindən qeyri-adi dərəcədə yüksək qeyri-müəyyənliklə üzləşməyə davam etdiyi vurğulanıb.

"Artan ticarət gərginlikləri və ABŞ tərəfindən tətbiq olunan tariflər Kanadada iqtisadi fəaliyyətin tempini yavaşladacaq və inflyasiya təzyiqlərini artıracaq," – deyə açıqlamada qeyd edilib.

Kanada iqtisadiyyatının 2025-ci ilin ilk rübündə "ticarət münaqişəsinin" təsiri ilə yavaşlamasının gözlənildiyi bildirilib. Son sorğuların nəticələri istehlakçı inamında kəskin enişə və şirkətlərin investisiyalarını təxirə salması və ya ləğv etməsi səbəbindən biznes xərclərinin azalmasına işarə edir.

Açıqlamada ABŞ-ın daim dəyişən tarif təhdidlərinin yaratdığı genişmiqyaslı qeyri-müəyyənliyin istehlakçıların xərcləmə planlarını və bizneslərin işə qəbul və investisiya strategiyalarını məhdudlaşdırdığı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram