Kanada da "TikTok" tətbiqinə qadağa qoyub | Banco.az

Kanada da "TikTok" tətbiqinə qadağa qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada hökuməti Çin TikTok tətbiqini bütün dövlət cihazlarında qadağan etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, bazar ertəsi federal hökumət işçilərinə göndərilən rəsmi yazışmalara istinad edən Kanada mətbuatı çərşənbə axşamından etibarən hökumət tərəfindən verilən bütün cihazlarda Çinin məşhur sosial media platforması olan “TikTok”un qadağan ediləcəyini yazıb.

Kanada hökumətinin dövlət əhəmiyyətli məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə və “TikTok”un məlumat toplama üsullarının istifadəçiləri kiberhücumlara qarşı qorumadığını əsas götürərək müvafiq qərarı verdiyi bildirilib.

Xatırladaq ki, daha əvvəl də ABŞ hökuməti dövlət əhəmiyyətli cihazlardan “TikTok” tətbiqinin silinməsi ilə bağlı təlimat vermişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et