Kanada Çin istehsalı olan “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək | Banco.az

Kanada Çin istehsalı olan “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Kanada hakimiyyətinin Çin elektrik avtomobillərinin idxalına 100% rüsum tətbiq etmək qərarı Çində istehsal olunan “Tesla” avtomobillərinə də təsir edəcək.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Ottavanın bu qərarından əvvəl “Tesla”nın Kanada hökumətinə məhsullarının rüsumlarının azaldılması xahişi ilə müraciət etdiyi iddia edilir. Çinə tətbiq edilən tariflərə nəzarət edən Kanada baş nazirinin müavini Kristia Frilandın ofisi şərh verməkdən imtina edib.

“CBC” telekanalının verdiyi məlumata görə, Şanxayda istehsal olunan “Tesla” elektrik avtomobilləri Sakit okeandakı Vankuver limanı vasitəsilə Kanadaya tədarük edilir. 

Qeyd edilib ki, söhbət şirkətin ən məşhur brendlərindən - “Model 3” sedanından və “Model Y” krossoverindən gedir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et