Kanada brendi Rusiyada başqa adla fəaliyyət göstərəcək | Banco.az

Kanada brendi Rusiyada başqa adla fəaliyyət göstərəcək

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanı tərk edən Kanada brendi "Helly Hansen" mağazalarının saytında “Move” butikləri açılacaq.

Banco.az xəbər verir ki, “Helly Hansen” MMC-nin sahibləri və adı dəyişib. “Hansen Russia AS” şirkətinin keçmiş menecerləri, baş direktor İqor Roqanoviç və hüquqşünas Andrey Karasev “Retail RC” adlı şirkətin yeni sahibləri olublar.

"Retail RC" hazırda "Move" markası adı altında idman geyimləri mağazaları şəbəkəsi yaratmağı planlaşdırır. İlk belə məntəqələrin Moskvanın ticarət mərkəzlərində fəaliyyətə başlayacağı gözlənilir. Şirkət 2023-cü ilin mart ayına qədər "Helly Hansen" satış mərkəzlərinin əvəzinə daha 10 belə butik açmağı planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram