Kanadada aktiv neft quyularının sayı son 2 ay ərzində 77 ədəd və ya 3,7 dəfə artaraq 106 ədəd təşkil edib. "Report" ABŞ-ın "Baker Hughes" neft-qaz xidməti şirkətinin həftəlik hesabatına istinadən xəbər verir ki, bu müddət ərzində Kanadada aktiv qaz quyularının sayı isə 34 ədəd və ya 67% artaraq 85 ədədə yüksəlib.
Xatırladaq ki, Kanadada aktiv neft quyularının maksimal həddi 2012-ci il fevralın 24-də (526 ədəd) qeydə alınıb. Hazırda aktiv neft quyularının sayı tarixi rekord səviyyədən 420 ədəd və ya 5 dəfə azdır.
"Baker Hughes"un 8-14 iyul hesabatına əsasən, Kanadada aktiv neft quyularının sayı 1 ədəd və ya 0,95% artaraq 106, qaz quyularının sayı isə 15 ədəd və ya 21,4% artaraq 85 ədədə çatıb. Son bir il ərzində Kanadanın aktiv neft yataqlarının sayı 62 ədəd və ya 1,4 dəfə, qaz quyularının sayı isə 35 ədəd və ya 70% artım göstərib.
mənbə: report.az