Kanada ABŞ mallarına 25%-lik cavab rüsumları tətbiq edəcək | Banco.az

Kanada ABŞ mallarına 25%-lik cavab rüsumları tətbiq edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Kanada hökuməti ümumi dəyəri 155 milyard Kanada dolları (106,5 milyard dollar) olan ABŞ mallarına 25 faizlik cavab rüsumları tətbiq edəcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Castin Trüdo bildirib.

Məhdudiyyətlərə ət, süd məhsulları, meyvə və tərəvəzlər daxildir. Artan tariflər şərablara, vermutlara və fermentləşdirilmiş içkilərə, o cümlədən sidrə təsir edəcək. Siyahıya geyim, ayaqqabı, kosmetika, tütün məmulatları, təkərlər, bıçaqlar, soyuducu və dondurucular da daxil edilib. Bundan əlavə, odlu silahlara, bombalara, torpedalara və minalara da rüsumlar tətbiq edilib.

Trüdo əlavə edib ki, Ottava enerji və kritik minerallar sahəsində də ABŞ-yə qarşı cavab tədbirlərini nəzərdən keçirir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp şənbə günü Kanadadan enerji idxalına 10% və digər mallara 25% rüsumlar tətbiq edən fərman imzalayıb. Tədbirlər fevralın 4-dən qüvvəyə minəcək.