Kanada 2025-ci ilə qədər ölkəyə 1,5 milyon daimi immiqrant qəbul edəcək | Banco.az

Kanada 2025-ci ilə qədər ölkəyə 1,5 milyon daimi immiqrant qəbul edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada hökuməti yaxın üç il ərzində 1,5 milyon immiqrant qəbul edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Kanada 2025-ci ilə qədər rekord sayda daimi immiqrant qəbulunu ehtiva edən yol xəritəsini açıqlayıb. Hökumət Səhiyyə və İnformasiya Texnologiyaları (İT) kimi yüksək ixtisaslı sənayelərdə işçi çatışmazlığına istinad edib.

Bəs nə üçün Kanadada kadr çatışmazlığı müşahidə olunur?

Son məlumatlara görə, bu ilin avqustunda ölkədə 958 min vakant iş yeri və 1 milyona yaxın işsizin insan olduğu qeyd edilir. Bununla belə, işsizlərin ya lazımi bacarıqlara malik olmadıqları, ya da Kanadanın lazımi yerlərində yaşamadıqları üçün vakant yerləri tuta bilmədikləri bildirilib.

Digər tərəfdən, 2020-ci ilin məlumatlarına görə, Kanadada doğum nisbəti dünya üzrə ən aşağı səviyyə hesab edilir və hər qadına 1,4 uşaq düşür.

Dünyada yaşlı əhali nisbətinə görə də Kanada birinci yerdədir. Bununla yanaşı, rekord sayda ixtisaslı işçinin təqaüdə çıxması ölkədə işçi qüvvəsi çatışmazlığına səbəb olan amillərdən biridir. Hətta Kanada əhalisinin demək olar ki, dörddə birinin 2030-cu ilə qədər pensiyaya çıxacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bəs immiqrasiya üçün zəruri ilkin şərtlər hansılardır?

Kanadaya immiqrant kimi getmək istəyən daha əvvəl cinayət hadisəsi törətməmiş olmalı, əks təqdirdə cinayət qeydləri qanuni yollarla silinməli, sağlamlıq maneələri olmamalı və Kanadanın təhlükəsizliyinə təhlükə yarada biləcək fəaliyyətlərə cəlb edilməməlidir. Bundan əlavə, ingilis və ya fransız dillərindən birində keçirilən testdə minimum müvəffəqiyyət səviyyəsi əldə edilməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et