Müəllif:Mehin Qasımova/Banco.az
Qərbi Afrikada məhsul yığımı ilə bağlı narahatlıqlar fonunda kakaonun qiyməti tarixi yüksək həddə çatıb.
Banco.az xəbər verir ki, Nyu-Yorkda kakao paxlasının qiyməti ticarət zamanı 2,8% bahalaşaraq bir ton üçün 8789 dollara çatıb. İlin əvvəlindən məhsulun qiyməti iki dəfədən çox, həftənin əvvəlindən isə 10%-dən çox artıb.
Məlumata görə, Qərbi Afrikada quru hava və meşə yanğınları kakao tədarükünü təhdid edir, eyni zamanda qlobal tələb yüksək olaraq qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!