Kakaonun qiyməti tarixi rekorda imza atıb | Banco.az

Kakaonun qiyməti tarixi rekorda imza atıb

Müəllif:Mehin Qasımova/Banco.az

Kakao paxlasının birja qiymətləri yeni rekorda imza atıb. 

Banco.az xəbər verir ki, London ICE birjasının məlumatına görə, tarixdə ilk dəfə şokolad istehsalı üçün xammal fyuçersləri 10 min dollar həddini keçib .

May ayında çatdırılma üçün kakaonun qiyməti günün əvvəlindən 2,5 faizdən çox bahalaşıb. Ekspertlərin qeyd etdiyi kimi, xammal çatışmazlığı qorxusu fonunda qiymətlər 2024-cü ilin əvvəlindən 2,4 dəfə artıb və son beş sessiyada kakao 20 faizdən çox bahalaşıb.

Fevralın ortalarında bir ton kakao paxlasının dəyəri altı min dollar qiymətləndirilirdi. İlin əvvəlindən qiymətlər bir yarım dəfə artıb. Martın 7-də xammalın qiymətləri artıq 6,55 min dollara qalxmışdı.

Qiymət artımı dünyanın kakao tədarükünün təxminən 60 faizini təşkil edən Kot-d'İvuar və Qanada həddindən artıq istilər və 30 illik rekord yağışlar səbəbindən baş verib. Bütün bunlar qiymət artımını diktə edən rekord aşağı məhsula gətirib çıxaracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram