Kakaonun qiyməti son 45 ildə ən yüksək həddə çatıb | Banco.az

Kakaonun qiyməti son 45 ildə ən yüksək həddə çatıb

Müəllif:Mehin Qasımova/Banco.az

Kakaonun qiyməti tədarük çatışmazlığı səbəbindən 1978-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. 

Banco.az -ın məlumatına görə, kakaonun qiymətinin artması ilə əlaqədar şokoladın qiymətlərinin də artacağı gözlənilir.

Şokoladın əsas tərkib hissəsi olan kakaonun metrik ton qiyməti  Nyu-York  birjasında 4 min dolları ötüb .

Qiymətləri artıran amillərdən biri də ən böyük kakao istehsalçıları olan Qana və Fil Dişi Sahilində pis hava şəraiti olub.

Kakaonun  qiymətinin qalxması piştaxtalardakı qəlyanaltı məhsullarında da özünü göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et