Kakaonun qiyməti 3 aydan az müddətdə iki dəfə artıb | Banco.az

Kakaonun qiyməti 3 aydan az müddətdə iki dəfə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kakao qiymətləri tədarüklə bağlı narahatlıqlara görə 3 aydan az müddətdə iki dəfə artıb.

Banco.az xəbər verir ki, aparıcı kakao istehsalçısı olan Qərbi Afrikada əlverişsiz hava şəraitinə görə tədarükün azalması səbəbindən qiymətlər rekord səviyyəyə qalxıb.

Belə ki, kakao fyuçersləri Nyu-York birjasında bir ton üçün 8,394 dollarla rekord səviyyəyə qalxıb.

ABŞ kimi əsas şokolad istehlakçısı ölkələrdə qeyd olunan və şokolad istehlakının artdığı Pasxa bayramından əvvəl qiymət artımı sürətlənib.

Qeyd edək ki, Qərbi Afrikadakı əlverişsiz hava şəraiti və avropalı idxalçıların yeni ekoloji tənzimləmələrinin yaratdığı problemlər qiymətlərə təsir göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et