Jurnalistlərə kömək etmək üçün 100 milyon dollar sərmayə qoyulur | Banco.az

Jurnalistlərə kömək etmək üçün 100 milyon dollar sərmayə qoyulur

“Xəbər ekosistemini dəstəkləmək, hamının dəqiq və vaxtında məlumat almasını, yerli xəbərlərə yönəlmiş jurnalistlərə kömək etmək üçün 100 milyon dollar sərmayə qoyuruq”.

Bunu Facebook şirkətinin rəhbəri Mark Zukerberq şəxsi hesabında bildirib.

O, jurnalistlərin çox çətin şərtlər altında işlədiyini və bir çox informasiya agentliklərinin Koronavirus epidemiyasının yaratdığı iqtisadi təsiri altında olduğunu xüsusi vurğulayıb: “Buna görə də, biz Facebook Jurnalistika Layihəsi vasitəsi ilə təcili qrant fondu üçün 25 milyon dollar, jurnalist və xəbər agentliklərinə dəstək olmaq üçün 75 milyon dollar vəsait ayırmışıq. Ümid edirik ki, bu dövrdə bir çox jurnalistə kömək olacağıq ki, onlar da bizi məlumatlandırmaq üçün öz işlərini davam etdirə bilsinlər”.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et