Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın investisiya bankı “JPMorgan” 2024-cü ildə türk lirəsinin dəyər qazanacağını gözləyir.
Banco.az xəbər verir ki, “JPMorgan” inkişaf etməkdə olan bazarlarla bağlı 2024-cü il üçün əsas proqnozlarından birinin TL-nin dəyərindəki artım olduğunu bildirib.
Son illərdə kəskin ucuzlaşan türk lirəsində seçkilərdən sonra pul siyasətində 180 dərəcə dəyişiklik və uçot dərəcəsinin əhəmiyyətli dərəcədə artması ilə nikbinlik yaradılıb.
“JPMorgan” tərəfindən dünən yayımlanan hesabatda Polşa, Cənubi Afrika və İsraillə yanaşı, Türkiyəyə də diqqət çəkilərək, "ilk investisiya mövzusunun (2024-cü il üçün) bərpa" olduğu bildirilib.
Açıqlamada TL-nin dollar qarşısında dəyər qazanacağı əməliyyat növlərinə də toxunulub.
Bizi sosial şəbəkələrdən izləyin!!