“JPMorgan” müflisləşmiş “First Republic” bankında ixtisarlara hazırlaşır | Banco.az

“JPMorgan” müflisləşmiş “First Republic” bankında ixtisarlara hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” satın aldığı “First Republic” bankının 1000 əməkdaşını ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-da müflisləşmiş “First Republic Bank”ı may ayında satın alan ölkənin bankçılıq nəhəngi “JPMorgan Chase” ixtisarlara hazırlaşır.

Bildirilib ki, ixtisara salınacaq işçilərin sayı “First Republic Bank”ın işçi qüvvəsinin təxminən 15 faizinə təsadüf edir.

Məsələ ilə tanış olan mənbələrin dediyinə görə, “JPMorgan” “First Republic Bank”ın 7000 əməkdaşına da müvəqqəti və ya tam ştatlı vəzifələr üçün iş təklif edib. Bununla yanaşı, 60 gün ərzində təyinat almayan işçilərə əmək haqqı və əlavə müavinətlər veriləcəyi açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et