"JPMorgan" dollarla bağlı proqnozunu açıqlayıb | Banco.az

"JPMorgan" dollarla bağlı proqnozunu açıqlayıb

ABŞ-ın nüfuzlu "JPMorgan" bankı ilin sonuna qədər ABŞ dollarının məzənnəsinin möhkəmlənəcəyini proqnozlaşdırır. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bankın Aktivlərin idarə edilməsi Departamentindən verilən məlumata görə, dolların möhkəmlənməsinə səbəb kimi inflyasiyanın sürətlənməsi və FED-in uçot dərəcəsini artırması gözləntiləri göstərilib.

Ən sərfəli kredit üçün müraciət et

"CNBC" telekanalına müsahibə verən "JPMorgan" bankının qlobal bazarlarda strategiya üzrə mütəxəssisi Jaslin Yeoya (Jasslyn Yeo) görə, son zamanlar dolların məzənnəsində müşahidə olunan zəif performans qısamüddətli olacaq: "Uçot dərəcəsindəki artım maliyyə bazarları tərəfindən yenidən qiymətləndirilməyə səbəb olacaq".

Mənbə: report.az

Ən sərfəli krediti almaq üçün müraciət et