“J.P Morgan Chase” kriptovalyutaları ciddi rəqib hesab edir | Banco.az

“J.P Morgan Chase” kriptovalyutaları ciddi rəqib hesab edir

“J.P Morgan Chase” fevralın 27-də ABŞ Sərmayə Bazarı Komissiyasına (SEC) təqdim etdiyi 2017-ci ilin hesabatında kriptovalyutanı “Risk Faktorları” sərlövhəsi ilə qiymətləndirib. Hesabat, əməliyyatlarını təhdid edən yeni rəqiblərin ortaya çıxdığını izah edən “Rəqiblər” alt başlığında kriptovalyutalara da toxunub.

“Həm maliyyə qurumları, həm də həm də onların bankçılıqla əlaqəsi olmayan rəqibləri vasitəçi tələb etməyən kriptovalyuta kimi texnologiyaların ödəmə müddətləri və digər xidmətləri zəiflətməsi riski ilə üz-üzədir”.

Hesabat ad çəkməsə də, Blockchain olduğu aydın olan bu yeni texnologiyaların “J.P Morgan Chase”-in yeni müştəriləri cəlb etmək, köhnələri əlində tutmaq və rəqabətdə qala bilmək üçün məhsullarını modifikasiya etməyə daha çox pul xərcləmək məcburiyyətində qala biləcəyini ifadə edir. Bu rəqabət “J.P Morgan Chase”-in məhsul və xidmətlərinin qiymətlərini aşağı sala bilər və ya şirkətin bazar payını itirməsinə səbəb olar.

Ötən həftə “Bank of America” da öz SEC illik hesabatını açıqlayıb. Burada da kriptovalyutanın şirkət üçün yaratdığı təhdiddən və rəqibləri üçün daşıdığı riskdən bəhs edilib:

“İnternet xidmətləri, kriptovalyutalar və ödəniş sistemləri daxil olmaqla, yeni texnologiyaların geniş şəkildə mənimsənməsi, mövcud məhsullarımızı və xidmətlərimizi dəyişdirmək və təkmilləşdirmək üçün əhəmiyyətli miqdarda xərclənilməsini tələb edə bilər”.

“J.P Morgan Chase”-in CEO-su Ceymi Dimon 2017-ci ilin sentyabrında Bitcoin-i bir “kələkbazlıq” olaraq xarakterizə edən və şirkət hesablarından Bitcoin ilə əməliyyat edən işçiləri qovulmaqla təhdid edən açıqlama vermişdi. O vaxtdan bəri Dimon öz fikrini müəyyən qədər dəyişərək Dünya İqtisadi Forumunda kriptovalyutalarla bağlı şübhəli olmadığını bildirmişdi.

“J.P Morgan Chase”-in fevralın əvvəlində hazırladığı iddia edilən bir hesabat kriptovalyutaları “yenilikçi” və “yox olma ehtimalı aşağı” olaraq xarakterizə etdiyi kimi, digər funksiyalarının xüsusiyyətinə də diqqət ayırıb.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et