"JP Morgan" bitkoinin kəskin ucuzlaşacağını düşünür | Banco.az

"JP Morgan" bitkoinin kəskin ucuzlaşacağını düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” bitkoinin qiyməti ilə bağlı yeni proqnozunu açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı “JPMorgan”ın strateqləri kriptovalyuta bazarlarında hökm sürən girov tamamlanma prosesinin həftələr çəkə biləcəyini və bu ərəfədə bitkoinin də 13 min dollara qədər ucuzlaşacağını proqnozlaşdırıblar.

Nikolaos Panigirtzoglounun rəhbərlik etdiyi strateqlər heyəti kriptovalyuta birjası “FTX” ilə kripto ekosisteminin qalan hissəsi arasındakı qarşılıqlı əlaqəni nəzərə alsaq, "silsilə girov tamamlanması çağırışları" nın reallaşmasına yüksək ehtimal kimi baxır.

Xatırladaq ki, aparıcı kriptovalyuta birjası “Binance”ın “FTX”i satın almaq qərarından daşınması bitkoin başda olmaqla əksər kriptovalyutalarda kəskin dəyər itkisi ilə müşahidə olunmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram