“Jeep” və “Opel” istehsalçıları kütləvi ixtisar elan edib | Banco.az

“Jeep” və “Opel” istehsalçıları kütləvi ixtisar elan edib

Müəllif:Mehin Qasımova/Banco.az

“Jeep” və “Opel” istehsalçıları kütləvi ixtisar elan edib.

Banco.az xəbər verir ki, Avropanın avtomobil konserni Stellantis işçilərini kütləvi şəkildə ixtisar etmək qərarına gəlib.

Belə ki, Stellantis avtomobil istehsalçısı 2021-ci ilin əvvəlində Fiat Chrysler Automobiles NV (FCA) və PSA Group-un birləşməsindən sonra yaradılıb. Şirkət Jeep, Ram, Dodge, Chrysler, Citroen, Fiat, Maserati, Opel, Peugeot və Alfa Romeo avtomobilləri istehsal edir.

İstehsalçı İtaliyadakı fabriklərin 3,6 min işçisinə əmək müqavilələrini könüllü olaraq ləğv etməyi təklif edən məktublar göndərib.ABŞ-da daha 400 nəfərin ixtisar edilməsi planlaşdırılır.

Şirkət nümayəndələri bu qərarı “avtomobil sektorunun bütün aspektlərinə təsir edən” enerji və texnoloji keçidin nəticələri ilə izah ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et