Müəllif: Tamara Mustafayeva, Banco.az
“Jaguar” rebrendinq prosesində yeni loqotipini təqdim edib.
Banco.az xəbər verir ki, Britaniyalı avtomobil markası “Jaguar” yenidən markalaşma səyləri çərçivəsində loqosunu dəyişib.
Şirkət 2026-cı ildə təqdim edəcəyi elektrik avtomobilləri üçün yeni bir kimlik yaratmaq istiqamətində mühüm addım atıb. Bu dəyişiklə birlikdə “Jaguar” avtomobillərinin görünüşü və ümumi dizayn fəlsəfəsi də tamamilə yenilənəcək.
Şirkət yaquar siluetini simvolizə edən və 16 çubuqlu barmaqlıqlar daxilində yerləşən yeni loqosunu təqdim edib. Dizayn markanın ikonik simvolunu modernləşdirərək yenilikçi və dinamik bir vizual təqdim edir.
Bununla yanaşı, “Jaguar” avtomobillərində artıq yeni bir yazı şriftindən istifadə olunacaq. Yeni şrift kiçik hərflərlə yazılmış ifadə ilə markanın avtomobillərinə daha müasir bir görünüş qazandıracaq. Marka həmçinin yeni bir rəng palitrasına keçid edib.
Bütün bu dəyişikliklər “Jaguar”ın elektrik avtomobilləri ilə müasir avtomobil dünyasında daha güclü bir mövqe tutmağı hədəflədiyinin göstəricisidir.
Bizi sosial şəbəkələrdən izləyin!!