Iyunda cibimizə təsir edən əsas hadisələr | Banco.az

Iyunda cibimizə təsir edən əsas hadisələr

Heç şübhəsiz ki, İyun ayının başlıca hadisəsi Azərbaycanda Avropa Oyunlarının keçirilməsi, Yunanıstanda isə defolt vəziyyətinin yaranmasıdır.

Ölkəmizdə keçirilən oyunlar, Bakı şəhərinin istər sosial, istər də iqtisadi həyatında canlanma yaradıb ki, onun iqtisadi qiymətləri statistik rəqəmlər açıqlanandan sonra daha aydın qiymətləndiriləcək.

Neftin qiyməti

Razılaşarsınız ki, azərbaycanlıların gəlirlərinə ən çox təsir edən səbəblərdən biri neftin qiymətidir. Aşağıdakı diaqramda isə son bir ay ərzində WTI markalı neftin qiymətinin nə dərəcədə oynadığını görmək olar.

Qiymət 06.01. 2015 tarixində 60.2000 ilə başlayıb, ən yüksək həddə ayın 10-da çatıb, 61.4300 və o zamandan bəri aşağı enməkdə davam edir və hazırda bir barrel neft 58.7900 dollara satılır.

Ramazan  ayı

Təəccüblü deyil, azərbaycan ailələrinin gəlirlərinə Ramazan ayı da ciddi təsir göstərir. Bir çox sahələrdə satışların azalması (spirtli içkilər və tütün məhsulları), restoran və kafelərdə iftara qədər sakitlik, gözəllik salonları və şadlıq saraylarında boşluq, o cümlədən qızıl satışını azalmasını qeyd etmək olar. Yəni yerli əhali bir qayda olaraq, bu ayda toy və şənlik mərasimləri keçirməyə üstünlük vermir. Hərçənd ki, iftar süfrələri bəzi restoranlara axşam vaxtı əməlli başlı axın yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Amma ümumilikdə Ramazan ayı iqtisadi fəallığı azaldır.

Defolt və  qızılın qiyməti

Yunanıstanda başlayan defoltun qızıl və bircoin-in qiymətinə müsbət təsir edəcəyi söylənilir. Amma hələ ki, ötə ay ərzində qızılın qiymətinin necə dəyişməsini nəzərdən keçirək. Beləliklə qızılın də qiyməti ötən ay ərzində aşağı doğru gedib.

İnflyasiya və digər məqamlar

İlin əvvəlindən Azərbaycanda inflyasiyada artım müşahidə olunur. Mərkəzi Bankın saytında inflyasiya ilə bağlı son rəqəm aprelin 31-nə, 3,1% olaraq qeyd edilib. Amma ötən ay Avropa Oyunlarının keçirilməsi və ölkəyə gələn turistlərin yaratdığı fəallığı nəzərə alsaq, inflyasiyın iyun ayında daha yüksək olacağını ehtimal etmək olar.

İyun ayında sosial müavinətlərin, əməkhaqqıların artırılması və uçot dərəcəsinin dəyişdirilməsi istiqamətində heç bir qərar olmayıb. Mərkəzi Bankın ayın son günündə Banklara kredit məhsulları üzrə komisyon haqqının 1% həcmində məhdudlaşdırılması ilə bağlı tövsiyəsi isə öz təsirlərini artıq ilin 3-cü rübündə göstərəcək.

Sonda son bir ay ərzində manatın dollara nisbətən qiymət dəyişikliyini izləyə bilərsiniz.