İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb. Nazirlər Kabinetindən verilən məlumata görə, ölkədə 15 iyun - Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də çərşənbə günü iş olmayacaq.
Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.