İyul ayında “Apple” şirkəti “iWatch” istehsalına başlaya bilər | Banco.az

İyul ayında “Apple” şirkəti “iWatch” istehsalına başlaya bilər

Apple şirkəti "iWatch" ağıllı saatın istehsalına iyul ayında, satışına isə oktyabr ayında başlayacaq.

Mətbuata verilən məlumata görə, Apple hələ ki, ağıllı saatın təqdimatını keçirməyib, lakin bununla bağlı şayiələr çoxdan yayılır. Ehtimal edilir ki, onlar iWatch adlanacaq və 2,5 düym diaqonallı sensor ekranla təchiz ediləcəklər.

Saatı Quanta Computer Tayvan şirkəti istehsal edəcək. Hazırda şirkətin zavodlarında noutbuklar və iPod qurğuları yığılır. Bu arada ekranların istehsalı ilə LG şirkəti, puls ölçən sensor istehsalı ilə isə Heptagon Sinqapur şirkəti məşğul olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ağıllı saat buraxılışından sonra birinci il ərzində Apple bazara 50 milyon qurğu təqdim etmək niyyətindədir.

Mənbə onu da bildirib ki, iWatch yalnız Apple qurğuları ilə uyğunlaşdırılıb. Saatı qismən ekran vasitəsi ilə idarə etmək mümkün olacaq, lakin funksiyaların əksəriyyətindən smartfon və ya planşetdəki əlavələr vasitəsi ilə istifadə etmək mümkün olacaq.

Şayiələrə görə, Apple şirkətinin yeni qurğusu orqanizmin vəziyyətinə nəzarət etməklə yanaşı, kommunikasiyalar üçün – mesajlar, zənglər və elektron məktubların yoxlanılması üçün nəzərdə tutulub.

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et