İyul ayında ABŞ mallarının ticarət kəsiri artıb | Banco.az

İyul ayında ABŞ mallarının ticarət kəsiri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mal ticarəti kəsiri iyulda aylıq 6,3 faiz artaraq 102,7 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi mal ticarəti balansı, topdan və pərakəndə ehtiyatlar üzrə iyul ayı məlumatlarını açıqlayıb.

Buna görə, "qabaqcıl xarici ticarət kəsiri" olaraq adlandırılan mal ticarət kəsiri iyul ayında əvvəlki aya görə 6,3 faiz artaraq 102,7 milyard dollara yüksəlib. Bazarların proqnozu bu dövrdə ABŞ-ın mal ticarəti kəsirinin 97,9 milyard dollar olacağı istiqamətində idi.

Sözügedən dövrdə malların ixracı 172,9 milyard dollar, idxalı isə 275,6 milyard dollar olub. İyulda topdansatış malların həcmi 0,3 faiz artaraq 904,9 milyard dollara, pərakəndə malların həcmi isə 0,8 faiz artaraq 811,4 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iyun ayında mal ticarəti kəsiri 96,6 milyard dollar idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et