İyirmi səhmdar cəmiyyət satılır | Banco.az

İyirmi səhmdar cəmiyyət satılır

Aprelin 25-də Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı yeni hərrac keçiriləcək.

Komitədən verilən məlumata görə, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılıb. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. Hərraca çıxarılan müəssisələr sırasında “Ağcəbədi Aqrotexservis”, “Astaraçay-3”, “Masazır Quşçuluq”, “Masallı Şıxlar Broyler”, “Neftçala Ət” kimi iri dövlət əmlakları var.
Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri haqqında daha ətraflı məlumat aşağıdakı linkdədir:

Ən sərfəli kredit üçün müraciət et

http://privatization.az/index.php/az/component/content/article?layout=ed...

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et