"İxtisaslı işçi qüvvəsinin sayı çox azdır" | Banco.az

"İxtisaslı işçi qüvvəsinin sayı çox azdır"

“Rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyac var”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Nizami Gəncəvi ili"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, hazırda əmək bazarında çağırışlar çox ciddidir: “Öz sahəsində işləyən ixtisaslı işçi qüvvəsinin sayı gözləntilərimizdən çox azdır. Əlbəttə, burada obyektiv səbəblər də var. Bizdə hələlik qeyri-formal, distant təhsilin iş yerində tam tanınmaması burada faktor rolunu oynayır. Ümumi məşğul əhalinin içində ixtisaslı işçi qüvvəsinin sayı azdır. Dövlətin icra etdiyi proqramlarda da bu, özünü göstərir”. 

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et