Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ixracı 20 milyard 776 milyon dollar dəyərində olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilk 7 ayda Azərbaycan ən çox gəliri neft ixracından (9,4 milyard dollar) əldə edib.
Hesabat dövründə qeyri-neft ixracının dəyəri 2 milyard dollardan çox olub.
İxrac edilən Azərbaycan mənşəli əsas qeyri-neft məhsulları isə aşağıdakı cədvəldə qeyd edilib:
Məhsulun adı |
Həcm |
Dəyər (min dollar) |
Tərəvəz və meyvə, ton |
396.904.490 |
400.085.060 |
Elektrik enerjisi, 1000 kVt/saat |
2.828.219.590 |
314.455.230 |
Alüminium və ondan hazırlanan məmulatlar, ton |
45.829.970 |
121.818.360 |
Etilen polimerləri, ilkin formalarda, ton |
97.260.930 |
100.234.300 |
Pambıq lifi, ton |
43.507.580 |
79.554.220 |
Polipropilen, ilkin formalarda, ton |
65.750.650 |
71.540.130 |
Bizi sosial şəbəkələrdən izləyin!!