"İtkin düşən" çinli bankirin sərvəti əriyib | Banco.az

"İtkin düşən" çinli bankirin sərvəti əriyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən fevral ayında “yoxa çıxan” Çinin investisiya banklarından biri olan “China Renaissance”ın təsisçisi Bao Fan 750 milyon dollar itirib.

Banco.az xəbər verir ki, “China Renaissance” investisiya bankını quran və ötən il “yoxa çıxan” Bao Fanın sərvəti də azalır.

Qeyd edək ki, “Alibaba Group Holding” kimi texnologiya nəhənglərinin də məsləhətçisi olan Fan “China Renaissance Holdings”dəki səhmləri ilə 800 milyon dollardan çox sərvət əldə etmişdi.

Dünən “Renaissance” səhmlərinin 17 aydan sonra ticarətinin bərpası və kəskin ucuzlaşması ilə Fanın sərvəti əriməyə davam edib. 

Şirkətin səhmləri üzrə birja əməliyyatları 2023-cü ilin aprel ayından etibarən Bao Fan ilə bağlı araşdırmadan sonra dayandırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

“Bloomberg Milyarderlər İndeksi”ndəki hesablamaya görə, Baonun səhmləri 2021-ci ilin fevral ayında pik nöqtəsindən 93 faiz azalaraq 55 milyon dollara düşüb. Bao birbaşa şirkətin təxminən 35 faizinə sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram