İtirilmiş telefonu necə tapmaq olar? | Banco.az

İtirilmiş telefonu necə tapmaq olar?

Mobil telefon itdikdə sahibi polis məntəqələrinə müraciət etməli, bir sıra sənədləşmə prosedurlarından keçməli olur.

İtmiş telefonun tapılması üçün ilk lazım olan identifikasiya kodudur (İMEİ). Bu kodu telefon qutusunun üstündən, akkumulyator batareyasının altından və telefona *#06# yığmaqla öyrənmək olar. İMEİ kod hər telefona istehsal zamanı verilir və unikal hesab edilir. Buna görə hər mobil operatorda müştərinin məlumatları və koordinantları olur. Telefon oğurlanıbsa, istifadə edilərkən mobil operator vasitəsilə yerini müəyyənləşdirmək mümkündür.

Bununla yanaşı, Android və iOS cihazlarda itirilmiş smartfonun tapılması fərqli prosedurlar tələb edir. Amma istənilən halda smartfonun ərazi bildirişi açıq olmalıdır. Çünki bununla telefonun sonuncu dəfə harada olduğunu görmək mümkündür. Buna görə də mütəxəssislər heç olmasa evdən çıxarkən GPS-i açıq qoymağı məsləhət görürlər. Bu yolla telefonu məsafədən kilidləmək və cihazda saxlanılan bütün məlumatları silmək də mümkündür. Qeyd edək ki, Xiaomi və Samsung kimi Android əməliyyat sistemlərinə sahib fərqli markalı smartfonlarda itirilmiş telefon tapma metodları fərqli ola bilər. Buna görə də, cihazın marka və modelinə görə axtarış etmək daha məqsədəuyğundur.

Ümumilikdə Android smartfonlarda bu məqsədlə iki metoddan istifadə olunur:

-“Google Cihazımı Tap” mobil tətbiqi;

-Google yer tarixçəsi.

İkinci metod zamanı Google hesabınız açıq olan bütün cihazları siyahıya alır, telefonunuzu asanlıqla seçə bilirsiniz. Həmçinin bu yolla itən telefonun ekran kilidini dəyişmək mümkündür. Google Cihazımı Tap mobil tətbiqi isə Android telefonu tapmağın ən doğru üsuludur. Hava limanları və ticarət mərkəzləri kimi geniş ərazilərdə belə, xəritələr sayəsində GPS vasitəsilə cihazı asanlıqla tapmağa imkan verir. Qeyd edək ki, Google yer tarixçəsi Wi-Fi və mobil internet sayəsində çalışdığı üçün “Google Cihazımı Tap” mobil tətbiqi qədər uğurlu ola bilməz.

iOS əməliyyat sisteminə sahib, itirilmiş telefonu tapmaq üçün isə aşağıdakı ardıcıllığı təqib etmək lazımdır.

-iPhone parametrlərinə daxil olmaq;

-Apple ID səhifəsini açmaq;

-“Tap” seçiminə saxil olmaq;

-“iPhone-u tap” seçimini aktivləşdirmək;

Cihaz itirildikdə onu başqa bir Apple smartfonun “tap” tətbiqi ilə də əldə etmək mümkündür. Ümumiyyətlə, istənilən halda iOS cihazını itirən şəxs onu tapmaq üçün Apple hesab məlumatlarını əzbər bilməlidir. iPhone smartfonlarında da ərazi datalarının açıq olması tövsiyə edilir.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram